BAKI, 2 iyul. TELEQRAF
Belçika millisi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Seneqal yığmasını məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, Sietldə keçirilən qarşılaşma Belçikanın əlavə vaxtdan sonra 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı seneqallılar açıb. Komandanın heyətində Habib Diarra 24-cü, İsmaila Sarr isə 51-ci dəqiqədə fərqlənib. Belçika yığması matçın sonlarında geridönüşə nail olub. Romelu Lukaku 86-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb, Yuri Tilemans isə 89-cu dəqiqədə tarazlığı bərpa edib.
Matçın taleyi əlavə vaxtda həll olunub. Yuri Tilemans ikinci əlavə hissəyə artırılan vaxtın 5-ci dəqiqəsində penaltidən vurduğu qolla Belçikaya qələbə qazandırıb.
Belçika millisi 1/8 finalda ABŞ - Bosniya və Herseqovina cütünün qalibi ilə qarşılaşacaq.
***
02:03
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Belçika - Seneqal oyunu keçirilir.
Teleqraf xəbər verir ki, oyunun əsas hissəsi 2-2 hesablı bərabərliklə yekunlaşıb.
Matçda əlavə vaxt oyanılır.
***
02:00
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Belçika - Seneqal oyunu keçirilir.
Teleqraf xəbər verir ki, oyunun 8-cu dəqiqəsində Belçika millisi hesabı bərabərləşdirib 2-2.
***
01:51
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Belçika - Seneqal oyunu keçirilir.
Teleqraf xəbər verir ki, oyunun 86-cı dəqiqəsində Belçika millisi hesab arasındakı fərqi azaldıb 1-2.
***
01:48
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Belçika - Seneqal oyunu keçirilir.
Teleqraf xəbər verir ki, oyunun 51-ci dəqiqəsində Seneqal hesabı 2-0 edib.
***
00:51
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Belçika - Seneqal oyunu keçirilir.
Teleqraf xəbər verir ki, oyunun ilk hissəsi Seneqalın 1-0 hesablı üstünlüyü ilə yekunlaşıb.
***
00:26
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Belçika - Seneqal oyunu keçirilir.
Teleqraf xəbər verir ki, oyunu 25-ci dəqiqəsində Seneqal millisi hesabı açıb.
***
00:00
Futbol üzrə dünya çempionatının Belçika - Seneqal oyunu başlayıb.
Teleqraf xəbər verir ki, 1/16 final mərhələsinin oyunu Sietl stadionunda keçirilir.
Qarşılaşmanı Hondurasdan olan baş hakim Said Martines idarə edir.