BAKI, 1 iyul. TELEQRAF

Azərbaycan milli komandasının oktyabrda UEFA Millətlər Liqasında keçirəcəyi ev oyunlarının məkanları müəyyənləşib.

Teleqraf xəbər verir ki, A milli D Liqası çərçivəsində oktyabrın 1-də Lixtenşteyn yığmasını Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Ayxan Abbasovun rəhbərlik etdiyi yığma oktyabrın 4-də Litva kollektivini isə Gəncə şəhər stadionunda qəbul edəcək.