BAKI, 1 iyul. TELEQRAF
“Barselona” danimarkalı futbolçusu Andreas Kristensenlə müqavilənin müddətini uzadıb.
Teleqraf xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı müdafiəçi ilə yeni anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Andreas Kristensen 2022-ci ildən “Barselona”nın formasını geyinir. O, Kataloniya təmsilçisinin heyətində indiyədək 98 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.