BAKI, 1 iyul. TELEQRAF

Fransa millisi 2026-cı il futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində İsveçi məğlub edərək növbəti raunda vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçirilən qarşılaşma fransızların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları Kilian Mbappe 45 və 74-cü dəqiqələrdə, Bredli Barkola isə 53-cü dəqiqədə vurub.

Bu qollardan sonra Mbappenin dünya çempionatlarındakı qol sayı 18-ə yüksəlib. Fransa millisinin hücumçusu mundialların bombardirləri siyahısında ikinci pillədə qərarlaşıb. O, yalnız 19 qolla lider olan Argentina millisinin kapitanı Lionel Messidən geri qalır.

Hazırkı dünya çempionatında isə Mbappe və Messi hərəyə 6 qol vuraraq bombardirlər yarışında ilk pilləni bölüşürlər.

Fransa millisi 1/8 finalda Paraqvay yığması ilə qarşılaşacaq. Paraqvay komandası 1/16 finalda Almaniyanı əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdən sonra penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib.

Fransa - Paraqvay oyunu iyulun 5-nə keçən gecə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Turnirin son qalibi Argentina millisidir.

***

02:32

2026-cı il dünya çempionatında 1/16 final mərhələsində Fransa və İsveç milliləri üz-üzə gəlir.

Teleqraf xəbər verir ki, oyunun 74-cü dəqiqəsində Fransa millisi hesabı 3-0 edib.

***

02:12

2026-cı il dünya çempionatında 1/16 final mərhələsində Fransa və İsveç milliləri üz-üzə gəlir.

Teleqraf xəbər verir ki, oyunun 53-cü dəqiqəsində Fransa millisi hesabı 2-0 edib.

***

01:49

2026-cı il dünya çempionatında 1/16 final mərhələsində Fransa və İsveç milliləri üz-üzə gəlir.

Teleqraf xəbər verir ki, oyunun ilk hissəsi Fransa millisinin 1-0 hesablı üstünlüyü ilə başa çatıb.

***

01:45

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilir.

Teleqraf xəbər verir ki, Fransa və İsveç milliləri üz-üzə gəlir.

oyunun 45-ci dəqiqəsində Fransa millisi hesabı açıb.

***

01:00

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyununa start verilib.

Teleqraf xəbər verir ki, Fransa və İsveç milliləri üz-üzə gəlir.

Qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da başlayıb.

Teleqraf xəbər verir ki,