BAKI, 30 iyun. TELEQRAF
“Fənərbağça” UEFA tərəfindən cəzalandırılıb.
Teleqraf xəbər verir ki, buna İstanbul klubunun heyət xərcləri qaydasını pozması səbəb olub.
UEFA “Fənərbağça”ya 7 milyon avro məbləğində pul cəzası verib. Cəza 2025-ci təqvim ili üçün klubun heyət xərcləri nisbətinin 70 faizdən yuxarı göstərilməsi və bununla da müvafiq qaydanın pozulması səbəbindən tətbiq edilib.
Qeyd edək ki, “Fənərbağça” ilə yanaşı, “Aston Villa”, “Çelsi”, “Nyukasl”, “Nottingem Forest”, “Nitsa”, “Strasburq”, AEK və “Fiorentina” kimi klublar da eyni səbəbdən pul cəzası alıblar.