BAKI, 30 iyun. TELEQRAF
“Fənərbağça” klubunun prezidenti Aziz Yıldırımın Beykozdakı evində bədbəxt hadisə baş verib.
Teleqraf xəbər verir ki, bölgədə stilist kimi çalışan Dərya Gündoğdu Aziz Yıldırımın qızına manikür və pedikür xidməti göstərmək üçün evlərinə gedib.
Gündoğdu evdə olduğu vaxt halı pisləşib. İlkin məlumata görə, onun pilləkənlərdən çıxarkən yerə yıxıldığı və daha sonra hərəkətsiz qaldığı müəyyənləşib.
Hadisə ilə bağlı polis əməkdaşları cəlb olunub. Evdə araşdırma aparan hüquq-mühafizə orqanları təhlükəsizlik kameralarının görüntülərini incələyib.
Qeyd edək ki, Dərya Gündoğdunun dəqiq ölüm səbəbi aparılacaq ekspertizadan sonra məlum olacaq.