BAKI, 30 iyun. TELEQRAF

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

Teleqraf xəbər verir ki, Norveç millisi Fildişi Sahili ilə üz-üzə gəlib.

Qarşılaşma Norveç yığmasının qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Skandinaviya təmsilçisi mundialda 1/8 final mərhələsinə yüksəlib.

Norveç 1/8 finalda Braziliya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, Braziliya 1/16 finalda Yaponiyanı 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

***

22:50

Futbol üzrə dünya çempionatının Fildişi Sahili - Norveç oyununda qonaqlar hesabda önə keçib.

***

22:40

Futbol üzrə dünya çempionatının Fildişi Sahili - Norveç oyununda hesab tarazlaşıb.

Teleqraf xəbər verir ki, Fildişi Sahili millisi hesabı bərabərləşdirib - 1:1.

74-cü dəqiqədə Amad Diallo fərqlənib.

***

22:06

Futbol üzrə dünya çempionatının Fildişi Sahili - Norveç oyununda ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, Norveç millisi hesabda irəlidədirlər - 1:0.

***
21:50

Futbol üzrə dünya çempionatının Fildişi Sahili - Norveç oyununda ilk hissə bitib.

Teleqraf xəbər verir ki, matçında avropalılar fasiləyə 1:0 üstünlüyü ilə yollanıblar.

***
21:40

Futbol üzrə dünya çempionatının Fildişi Sahili - Norveç oyununda ilk qol vurulub.

Teleqraf xəbər verir ki, Norveç millisi hesabı açıb.

Antonio Nusa 39-cu dəqiqədə rəqibin qapısına yol tapa bilib.

***
21:00

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyununa start verilib.

Teleqraf xəbər verir ki, Fil Dişi Sahili və Norveç milliləri üz-üzə gəlir.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Bu cütün qalibi 1/8 final mərhələsində Braziliyaya rəqib olacaq.