BAKI, 30 iyun. TELEQRAF
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” növbəti yoxlama oyununu keçirib.
Teleqraf xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv yerli “Iğdır” komandası ilə üz-üzə gəlib.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayıb. Matç “Zirə”nin 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, “qartallar” qonşu ölkədəki ilk matçında Özbəkistan təmsilçisi “Navbahor”a 1:3 hesabı ilə uduzub. Bakıdakı yoxlama görüşündə isə “Qarabağ”a 3:4 hesabı ilə məğlub olub.