BAKI, 30 iyun. TELEQRAF
“Sabah” müdafiəçi İqor Noqeyra ilə yollarını ayırıb.
Teleqraf paytaxt təmsilçisinin mətbuat xidmıtinə istinadın xəbər verir ki, braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Noqeyra 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandamızın heyətində 62 oyun keçirib, 4 qol vurub. Noqeyra “Sabah”la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
İqor Noqeyraya kluba xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.