BAKI, 30 iyun. TELEQRAF

İtaliyanın “İnter” klubu İsveçrə millisinin sabiq qapıçısı Yan Zommerlə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

37 yaşlı qolkiperin müqaviləsinin müddəti başa çatıb və o, azad agent statusu alıb.

Qeyd edək ki, Zommer 2023-cü ildən “İnter”in formasını geyinib və bu müddətdə komanda ilə birlikdə 4 titul qazanıb. O, 2025/26 mövsümündə bütün turnirlərdə 43 oyunda meydana çıxıb, qapısından 42 top buraxıb və 19 görüşdə qapısını toxunulmaz saxlayıb.

Yan Zommer karyerası ərzində İsveçrə millisinin heyətində 90-dan çox oyun keçirib, həmçinin “Bazel”, Mönhenqladbax “Borussiya”sı və “Bavariya”nın da formasını geyinib.