BAKI, 30 iyun. TELEQRAF
Mərakeş millisinin ulduzu Əşrəf Hakimi yığmada 100-cü oyununu keçirib.
Teleqraf xəbər verir ki, 26 yaşlı müdafiəçi bu göstəriciyə 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Niderlanda qarşı keçirilən matçda çatıb.
Bununla da Hakimi Mərakeş millisinin heyətində 100 oyun keçirən ikinci futbolçu kimi tarixə düşüb. Bu göstəricidə rekord 115 matçla sabiq müdafiəçi Nureddin Naybetə məxsusdur.
Qeyd edək ki, Mərakeş millisi Niderlandı penaltilər seriyasında məğlub edərək 1/8 finala yüksəlib. C qrupunu ikinci pillədə başa vuran Afrika təmsilçisi növbəti mərhələdə Kanada yığması ilə qarşılaşacaq.