BAKI, 30 iyun. TELEQRAF

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann dünya çempionatındakı uğursuz çıxışdan sonra istefa verməyəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, mütəxəssisin fikirlərini jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində paylaşıb.

Almaniya millisi dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya məğlub olaraq turnirlə vidalaşıb. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Paraqvay 4:3 hesabı ilə qalib gəlib.

"Mən istefa vermirəm. Almaniya Futbol İttifaqı mənim 2028-ci ilə qədər qalmağımı istəyirsə, qalacağam. Əks halda, bu layihədən ayrılacağam", - deyə Naqelsmann bildirib.

38 yaşlı mütəxəssis Almaniya millisinin baş məşqçisi vəzifəsinə 2023-cü il sentyabrın 22-də təyin olunub. Onun rəhbərliyi altında yığma komanda ev sahibliyi etdiyi 2024-cü il Avropa çempionatında 1/4 finala qədər irəliləyib.