BAKI, 30 iyun. TELEQRAF

Mərakeş millisi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Niderland yığmasını məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, Meksikanın Monterrey şəhərində keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb.

Niderland millisinin heyətində Kodi Qakpo 72-ci dəqiqədə hesabı açıb. Mərakeş yığması isə 90+1-ci dəqiqədə İssa Diopun qolu ilə məğlubiyyətdən xilas olub.

Qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan mərakeşli futbolçular 3:2 hesablı qələbə qazanıblar.

Qrup mərhələsini C qrupunda ikinci pillədə başa vuran Mərakeş millisi 1/8 finalda Kanada yığması ilə qarşılaşacaq. Oyun iyulun 4-də ABŞ-nin Hyuston şəhərində keçiriləcək.

***

07:00

Dünya çempionatında 1/16 final mərhələsində Niderland - Mərakeş oyunu keçirilir.

Teleqraf xəbər verir ki, oyunun əsas və əlavə vaxtı 1-1 hesablı bərabərliklə başa çatıb.

Matçın qalibi penaltilər seriyasında müəyyənləşəcək.

***

07:00

Dünya çempionatında 1/16 final mərhələsində Niderland - Mərakeş oyunu keçirilir.

Teleqraf xəbər verir ki, oyunun əsas vaxtı 1-1 hesablı bərabərliklə başa çatıb.

Matçın qalibi əlavə vaxtlarda müəyyənləşə bilər.

***

06:53

Dünya çempionatında 1/16 final mərhələsində Niderland - Mərakeş oyunu keçirilir.

Teleqraf xəbər verir ki, oyunun sonuna əlavə edilmiş dəqiqələrdə Mərakeş millisi hesabı bərabərləşdirib.

***

06:34

Dünya çempionatında 1/16 final mərhələsində Niderland - Mərakeş oyunu keçirilir.

Teleqraf xəbər verir ki, oyunun 72-ci dəqiqəsində Niderland millisi hesabı açıb.

***

06:07

Dünya çempionatında 1/16 final mərhələsində Niderland - Mərakeş oyunu keçirilir.

Teleqraf xəbər verir ki, oyunda ikinci hissəsi başlayıb.

***

05:52

Dünya çempionatında 1/16 final mərhələsində Niderland - Mərakeş oyunu keçirilir.

Teleqraf xəbər verir ki, oyunun ilk hissəsi qolsuz bərabərliklə başa çatıb.

***

05:00

Dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Teleqraf xəbər verir ki, Niderland Mərakeşlə qarşılaşır.

Oyun Bakı vaxtı ilə 05:00-da start götürüb.