BAKI, 30 iyun. TELEQRAF
MLS təmsilçisi "Çikaqo Fayr" Polşa millisinin hücumçusu Robert Levandovskinin transfer olunduğunu rəsmən açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 37 yaşlı futbolçu ilə müqavilə 2027/28 mövsümünün sonunadək nəzərdə tutulub.
Robert Levandovski 2022-ci ilin yayından İspaniyanın "Barselona" klubunda çıxış edirdi. O, Kataloniya təmsilçisinin heyətində üç dəfə İspaniya çempionu, üç dəfə İspaniya Superkubokunun, bir dəfə isə ölkə kubokunun qalibi olub.
Təcrübəli hücumçu daha əvvəl 2010-2014-cü illərdə Almaniyanın Dortmund "Borussiya"sında, 2014-2022-ci illərdə isə Münhen "Bavariya"sında oynayıb. O, "Bavariya"nın heyətində səkkiz dəfə Almaniya çempionluğu qazanıb, üç dəfə Almaniya Kubokunun sahibi olub, həmçinin UEFA Çempionlar Liqasını və UEFA Superkubokunu qazanıb.
Levandovski Polşa millisinin tarixinin ən məhsuldar futbolçusudur. O, yığmanın heyətində keçirdiyi 165 oyunda 89 qola imza atıb.