BAKI, 30 iyun. TELEQRAF

Paraqvay millisi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Almaniya yığmasını məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb.

Paraqvay millisinin heyətində Xulio Ensiso 42-ci dəqiqədə fərqlənib. Almaniyanın qolunu isə 54-cü dəqiqədə Kay Haverts vurub. Almanların 102-ci dəqiqədə vurduğu qol VAR yoxlamasından sonra ləğv edilib.

Qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan Paraqvay futbolçuları 4:3 hesabı ilə qələbə qazanıblar.

Bu, Paraqvay millisinin dünya çempionatlarının pley-off mərhələsində vurduğu ilk qol kimi tarixə düşüb. Moskvanın "Dinamo" klubunun və Paraqvay yığmasının müdafiəçisi Xuan Kaseres matçın tamamında meydanda olub.

Almaniya millisinin qapıçısı Manuel Noyer isə ardıcıl 10-cu dünya çempionatı oyununda qol buraxaraq antirekordu təkrarlayıb.

Paraqvay millisi 1/8 finalda Fransa - İsveç cütünün qalibi ilə qarşılaşacaq.

***

01:40

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin Almaniya - Paraqvay matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyunun əlavə dəqiqələri də 1-1 hesblı bərabərliklə başa çatıb.

Qalib penalti zərbələri ilə müəyyənləşəcək.

***

01:40

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin Almaniya - Paraqvay matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyunun 90 dəqiqəsi 1-1 hesablı bərabərliklə yekunlaşıb.

Oyunda əlavə dəqiqələr oynanılacaq.

***

01:40

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin Almaniya - Paraqvay matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyunun 54-cü dəqiqəsində Almaniya millisi hesabı bərabərləşdirib 1-1.

***

01:40

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin Almaniya - Paraqvay matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyunun ikinci hissə başladı. Paraqvay millisi 1-0 öndədir.

***

01:21

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin Almaniya - Paraqvay matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyunun ilk hissəsi Paraqvay millisinin 1-0 hesablı üstünlüyü ilə yekunlaşıb.

***

01:12

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin Almaniya - Paraqvay matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyunun 42-ci dəqiqəsində Paraqvay millisi hesabı açıb.

***

00:30

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin Almaniya - Paraqvay matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyun Bakı vaxtı ilə 00:30-da başlayıb.