BAKI, 29 iyun. TELEQRAF

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Misəhal istefa verib.

Teleqraf xəbər verir ki, funksioner yığmanın 2026-cı il dünya çempionatının qrup mərhələsində mübarizəni dayandırmasından sonra bu qərarı açıqlayıb.

Səudiyyə Ərəbistanı H qrupunda İspaniya, Uruqvay və Kabo-Verde ilə mübarizə aparıb. Komanda Uruqvayla 1:1, Kabo-Verde ilə 0:0 hesablı heç-heçə edib, İspaniyaya isə 0:4 hesabı ilə uduzub. Nəticədə Səudiyyə Ərəbistanı qrupda sonuncu yeri tutaraq növbəti mərhələyə yüksələ bilməyib.

Qeyd edək ki, Yasir Əl-Misəhal yeddi il Səudiyyə Ərəbistanı Futbol Federasiyasına rəhbərlik edib. O, ölkənin 2034-cü il dünya çempionatına ev sahibliyi hüququ qazanmasında əsas rol oynayan şəxslərdən biri hesab olunur.