BAKI, 29 iyun. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubunun braziliyalı futbolçusu Fred karyerasını öz ölkəsində davam etdirə bilər.
Teleqraf xəbər verir ki, 2026-cı il dünya çempionatında Braziliya millisinin heyətində çıxış edən 33 yaşlı yarımmüdafiəçi ilə “Atletiko Mineyro” yaxından maraqlanır.
Bildirilib ki, Braziliya klubu sabiq futbolçusunu yenidən heyətinə qatmaq üçün son günlər danışıqları intensivləşdirib. Fredin də keçmiş komandasına qayıtmağa müsbət yanaşdığı qeyd olunur.
Lakin transferin reallaşmasına mane olan əsas məsələ “Fənərbağça”nın tələb etdiyi yüksək transfer məbləğidir.
Qeyd edək ki, braziliyalı futbolçunun “Fənərbağça” ilə müqaviləsinin müddəti daha bir il qüvvədədir.