BAKI, 29 iyun. TELEQRAF
İtaliya təmsilçisi “Yuventus” “Bolonya”nın müdafiəçisi Con Lukumini transfer etmək istəyir.
Teleqraf xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat yayıb.
Məlumata görə, Turin klubu 2026-cı il dünya çempionatında Kolumbiya millisinin heyətində çıxış edən 28 yaşlı mərkəz müdafiəçisi üçün “Bolonya”ya 18 milyon avro təklif göndərib. Lakin A Seriyası klubu bu təklifi qəbul etməyib.
“Bolonya” futbolçunu yalnız müqaviləsində yer alan 28 milyon avroluq sərbəstqalma məbləği ödəniləcəyi təqdirdə buraxmağa hazırdır.
Qeyd edək ki, Lukuminin “Bolonya” ilə müqaviləsi 2027-ci ilin yayına qədər davam edir. Bu səbəbdən “Yuventus”un transferi reallaşdırmaq üçün təklifini artıracağı gözlənilir.