BAKI, 29 iyun. TELEQRAF
Kanada millisi 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Cənubi Afrikaya qalib gəlib.
Teleqraf xəbər verir ki, Los-Anceles stadionunda keçirilən qarşılaşmada matçın taleyini son dəqiqələrdə vurulan qol həll edib.
Görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Stiven Euştakiu fərqlənərək Kanada millisinə qələbə qazandırıb.
Qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissədə də uzun müddət hesab dəyişməsə də, Kanada son bölümdə istəyinə çatıb.
Bu nəticədən sonra Kanada millisi 1/8 final mərhələsinə vəsiqə qazanıb. Cənubi Afrika isə mundialla vidalaşıb.
***
00:53
Kanada millisi hesabı açdı.
Teleqraf xəbər verir ki, 90+2-ci dəqiqədə Stiven Euştakiu fərqlənib.
***
00:05
2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Cənubi Afrika millisi Kanada ilə qarşılaşır.
Teleqraf xəbər verir ki, matçda ikinci hissə başlayıb.
***
23:49
2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Cənubi Afrika millisi Kanada ilə qarşılaşır.
Teleqraf xəbər verir ki, matçda ilk hissə qolsuz bərabərliklə başa çatıb.
***
23:00
2026-cı il dünya çempionatında 1/16 final mərhələsinə start verilib.
Teleqraf xəbər verir ki, mərhələnin ilk oyununda Cənubi Afrika millisi Kanada ilə qarşılaşır.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Qarşılaşmanın qalibi növbəti mərhələyə vəsiqə qazanacaq.
Qarşılaşma Los-Anceles stadionunda keçirilir.