BAKI, 28 iyun. TELEQRAF

Fransa millisi 2026-cı il Dünya çempionatının əsas favoriti hesab olunur.

Teleqraf xəbər verir ki, bu barədə “Opta Analyst” məlumat yayıb.

Hesablamalara əsasən, Didye Deşamın baş məşqçisi olduğu komandanın turnirin qalibi olmaq şansı 18,7 faizdir. Bu göstərici ilə Fransa bütün rəqiblərini qabaqlayır.

Siyahıda ikinci yeri hazırkı dünya çempionu Argentina tutur. Cənubi Amerika təmsilçisinin titulunu qorumaq ehtimalı 16,3 faiz qiymətləndirilib. İlk üçlüyü isə 13,5 faizlə İspaniya tamamlayır. İngiltərə 9,7 faizlə dördüncü pillədə qərarlaşıb.

İlk “10-luq”da Braziliya 6,5 faiz, Niderland 5,1 faiz, Portuqaliya 4,7 faiz, Almaniya 4,4 faiz, Kolumbiya 3,2 faiz, Norveç isə 3,0 faiz göstərici ilə yer alıb.

Turnirin ev sahiblərindən ABŞ-ın çempionluq şansı 2,5 faiz təşkil edir. İsveçrənin şansı 2,2 faiz, Meksikanın şansı isə 1,8 faiz olaraq göstərilib. Mərakeş və Belçikanın hər birinin ehtimalı 1,6 faizdir.

Qeyd edək ki, siyahıda Yaponiyanın Dünya çempionatını qazanmaq şansı 1 faiz kimi dəyərləndirilib.