BAKI, 28 iyun. TELEQRAF

İngiltərənin "Çelsi" klubu "Sanderlend"ın təcrübəli yarımmüdafiəçisi Qranit Caka ilə şəxsi müqavilənin şərtləri barədə tam razılıq əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti və insayder Fabrisio Romano rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, isveçrəli futbolçu bu keçidin baş tutmasında şəxsən maraqlıdır. Qranit Caka yenidən London şəhərinə qayıtmaq və "Çelsi"nin baş məşqçisi Xabi Alonso bir araya gəlmək istəyir.

Keçidin tam rəsmiləşməsi üçün hazırda klublararası yekun razılığın əldə olunması gözlənilir.

Qeyd edək ki, Qranit Caka daha əvvəl Almaniyanın "Bayer Leverkuzen" klubunda Xabi Alonsonun rəhbərliyi altında çıxış edib.