BAKI, 26 iyun. TELEQRAF
“Zirə”də kadr dəyişikliyi baş verib.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubun baş meneceri Elman Himayətoğlu bundan sonra idman direktoru vəzifəsində çalışacaq.
Qeyd edək ki, Elman Himayətoğlu 2015-ci ildən “Zirə” PFK-da fəaliyyət göstərir.