BAKI, 26 iyun. TELEQRAF

Niderland yığması DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunda Tunisi məğlub edib - 3:1.

Teleqraf xəbər verir ki, bu matçda növbəti avtoqol qeydə alınıb.

Tunis millisinin yarımmüdafiəçisi Ellyes Sxiri görüşün üçüncü dəqiqəsində topu öz qapısından keçirib.

​Bu avtoqol cari mundialda 12-ci olub. Bununla da 2018-ci il dünya çempionatında müəyyən edilmiş mütləq rekord təkrarlanıb.

​Onu da əlavə edək ki, 2018-ci ildə 12 avtoqol turnirin keçirilən 64 matçının hamısı ərzində vurulmuşdu. Tunis və Niderland yığmaları arasında keçirilən oyun isə DÇ-2026-nın 54-cü oyunu olub.