BAKI, 26 iyun. TELEQRAF

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı qrup mərhələsi başa çatmamış turnir tarixinin ən məhsuldar mundialı olub.

Teleqraf xəbər verir ki, mundialda iştirak edən 48 komandadan 47-si indiyədək ən azı bir dəfə fərqlənməyi bacarıb.

Yalnız Panama millisi hələ də rəqib qapılarına yol tapa bilməyib.

Panamalılar qrupdan çıxmaq şansını vaxtından əvvəl itirsələr də, onların daha bir oyunu qalıb. Komanda iyunun 28-də İngiltərə millisi ilə qarşılaşacaq.