BAKI, 26 iyun. TELEQRAF
Yaponiya millisinin müdafiəçisi Yuto Naqatomo futbol üzrə dünya çempionatlarında iştirak edən ilk asiyalı futbolçu kimi tarixə düşüb.
Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçu 2026-cı il dünya çempionatının qrup mərhələsinin üçüncü turunda İsveç yığmasına qarşı oyunun 75-ci dəqiqəsində meydana daxil olub. Həmin anda hesab 1:1 olub.
Naqatomo bununla karyerasında beşinci dünya çempionatında meydana çıxıb. Ondan əvvəl bu göstəriciyə meksikalılar Antonio Karbahal, Andres Quardado və Rafael Markes, almanlar Lotar Matteus və Manuel Noyer, xorvatiyalı Luka Modriç nail olublar. Portuqaliyalı Kriştiano Ronaldo və argentinalı Lionel Messi isə dünya çempionatlarında altı dəfə iştirak ediblər.
Yuto Naqatomo 2011-ci ildə Yaponiya millisi ilə Asiya Kubokunun qalibi olub. O, milli komandada keçirdiyi 146 oyunla bu göstəricidə yalnız 152 matç keçirən Yasuhito Endodan geri qalır.