BAKI, 25 iyun. TELEQRAF
Türkiyə millisinin futbolçusu Zeki Çelik “Roma” ilə müqaviləsini yeniləyəcək.
Teleqraf xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Şira məlumat yayıb.
Bildirilib ki, təcrübəli müdafiəçi yaxın vaxtlarda "Roma" klubu ilə yeni sözləşmə imzalayacaq. Tərəflər arasında müqavilənin 2029-cu ilin yayına qədər nəzərdə tutulduğu qeyd olunur.
Yeni müqaviləyə əsasən, Zeki Çelikin illik maaşı 3 milyon avro olacaq.
Türkiyə millisinin üzvü ötən mövsüm “Roma”nın heyətində 45 rəsmi oyuna çıxıb. O, bu matçlarda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, daha əvvəl mətbuatda milli futbolçunun "Qalatasaray"a keçəcəyi ilə bağlı iddialar yayılmışdı.