BAKI, 25 iyun. TELEQRAF

İngiltərənin “Mançester Yunayted” klubu yay transfer pəncərəsində Şotlandiya millisinin qapıçısı Anqus Qannu heyətinə qatmağı planlaşdırır.

Teleqraf GOAL-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Nottingem Forest”dən ayrıldıqdan sonra azad agent statusu daşıyıan 30 yaşlı qolkiper üçün rəsmi təklif hazırlayır.

Qann son dünya çempionatında Haiti, Mərakeş və Braziliyaya qarşı matçlarda Şotlandiya millisinin heyətində çıxış etdikdən sonra “qırmızı şeytanlar”ın diqqət mərkəzinə düşüb.

“Mançester Yunayted” qolkperi Altay Bayındır və Andre Onananın mümkün ayrılığından sonra əsas namizəd kimi nəzərdən keçirir. Belə ki, klub rəhbərliyi Onananı transferə çıxarıb. Türkiyə millisinin üzvü Altay Bayındırın isə vətəninə qayıdacağı gözlənilir.

Bununla yanaşı, “Mançester Yunayted” “Lids Yunayted”in qapıçısı Karl Darlou ilə də maraqlanır.