BAKI, 25 iyun. TELEQRAF
"Araz-Naxçıvan" kapitanı Urfan Abbasovla yolları ayırıb.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2024-cü ildən "qırmızı-ağlar"da çıxış edən 33 yaşlı cinah müdafiəçisi ilə başa çatan müqavilənin müddətini yeniləməyib.
Qeyd edək ki, "Araz-Naxçıvan" bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriges, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni müqavilə imzalamayıb.