BAKI, 25 iyun. TELEQRAF
"Qəbələ" klubu Seydina Keyta ilə müqavilənin müddətini uzadıb.
Teleqraf klubun məıtbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2026-cı ilin yanvarından "Qəbələ"nin şərəfini qoruyan Seydina Keyta bu müddət ərzində 19 oyunda 3 qol vurub.