BAKI, 25 iyun. TELEQRAF

"Sumqayıt"dan ayrılan Azərbaqycan millisinin futbolçusu Mehdi Cənnətovun yeni klubu açıqlanıb.

Teıeqraf xəbər verir ki, 34 yaşlı qapıçı karyerasını I Liqa təmsilçisi "Səbail"də davam etdirəcək.

Qolkiperlə 1+1 illik müqavilə imzalanıb. Rusiyanın “Anji” klubunun yetirməsi olan 34 yaşlı qolkiper ölkəmizdə “Sumqayıt” və “Zirə”də çıxış edib.

Qeyd edək ki, Cənnətov Azərbaycan milli komandasının heyətində 5 oyun keçirib.