BAKI, 25 iyun. TELEQRAF
İngiltərənin “Mançester Siti” klubu “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Andersonun transferi üçün danışıqları davam etdirir.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 23 yaşlı futbolçu üçün yaxın vaxtlarda yeni təklif təqdim edəcək.
Məlumata görə, “Mançester Siti”nin Andersonla bağlı iki təklifi rədd edilib ki, sonuncunun dəyəri 139 milyon avro olub. “Nottingem Forest” isə oyunçunu yalnız 150 milyon avro qarşılığında buraxmağa razıdır.
Transfer baş tutacağı təqdirdə, bu, Premyer Liqa tarixinin ən bahalı transferi olacaq. Hazırkı rekord 145 milyon avroya “Nyukasl”dan “Liverpul”a keçən Aleksander İsaka məxsusdur.
Eyni zamanda Anderson İngiltərə futbol tarixinin ən bahalı oyunçusuna çevriləcək. Bu göstəricidə rekord hazırda 121 milyon avroya “Vest Hem”dən “Arsenal”a transfer olunan Deklan Raysa məxsusdur.