BAKI, 20 iyun. TELEQRAF

2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” ilk yoxlama oyunununu keçirib.

Teleqraf xəbər verir ki, Qurban Qurbanovun komandası “Zirə” ilə gücünü sınayıb.

“Azersun Arena”nın məşq meydançasında baş tutan görüş Ağdam təmsilçisinin 4:3 hesablı qələbəsilə başa çatıb.

Qeyd edək ki, “Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi planlaşdırılır.