BAKI, 19 iyun. TELEQRAF

Tunis və Yaponiya yığmaları arasında keçiriləcək 2026-cı il dünya çempionatının qrup mərhələsinin 2-ci tur matçı mundiallar tarixində 1000-ci qarşılaşma olacaq.

Teleqraf xəbər verir ki, qarşılaşmanı rumıniyalı hakim İştvan Kovaçın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın açıqlamasına görə, Kovaç yubiley matçına xüsusi hazırlanmış forma ilə çıxacaq.

Meksikada keçiriləcək görüş iyunun 21-də baş tutacaq.

Xatırladaq ki, DÇ-2026-nın ilk turunda Yaponiya Niderlandla heç-heçə edib (2:2), Tunis isə İsveçə böyük hesabla uduzub (1:5).