BAKI, 19 iyun. TELEQRAF
Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Ən-Nəsr” klubları “Barselona”nın və Braziliya millisinin üzvü Rafinyanı transfer etmək istəyir.
Teleqraf xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Kataloniya klubu 29 yaşlı vingeri komandada saxlamaqda qərarlıdır və yalnız yüksək məbləğdə təklif alacağı təqdirdə onun satışına razılıq verə bilər.
Qeyd edık ki, Rafinyanın “Barselona” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. O, ötən mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə verib.