BAKI, 19 iyun. TELEQRAF
UEFA Avro-2028-də su fasilələrini məcburi etməyəcək
Teleqraf “The Telegraph”a istinadən xəbər verir ki, qurum 2028-ci ildə keçiriləcək Avropa çempionatında su içmək üçün məcburi fasilələr tətbiq etməyi planlaşdırmır.
Xatırladaq ki, FIFA 2025-ci il Klublararası Dünya Çempionatında və 2026-cı il Dünya Çempionatında oyun zamanı məcburi 3 dəqiqəlik su fasilələri tətbiq edib və digər təşkilatları da buna çağırıb.
UEFA-nın qaydalarında da su fasilələrinin tətbiqi ilə bağlı müddəa mövcuddur. Bu fasilələr havanın temperaturu 35 dərəcədən yuxarı olduqda tətbiq edilir.