BAKI, 19 iyun. TELEQRAF

Azərbaycan I Liqa təmsilçisi "Səbail" yeni baş məqçisinin adını açıqlayıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "dənizçilər" Elnur Abdullayevlə anlaşıb.

40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Elnur Abdullayev son olaraq I Liqa təmsilçisi "Şahdağ Qusar"ı çalışdırıb