BAKI, 19 iyun. TELEQRAF

DÇ-2026-nın A qrupunda II turun növbəti oyunu keçirilib.

Teleqraf xəbər verir ki, Meksika millisi Cənubi Koreya yığmasını 1:0 hesabı ilə məğlub edib.

Qarşılaşmadakı yeganə qolla Meksika komandası qələbə qazanaraq xallarının sayını 6-ya çatdırıb və qrupda liderliyini möhkəmləndirib.

Cənubi Koreya isə ikinci turdan sonra 3 xalla üçüncü pillədə qərarlaşıb. Qrupun digər oyununda Çexiya və Cənubi Afrika Respublikası (CAR) yığmaları heç-heçə edib. Həmin komandaların hərəsinin aktivində 1 xal var.

Beləliklə, iki turdan sonra A qrupunun turnir cədvəlinə 6 xalla Meksika başçılıq edir. Cənubi Koreya 3 xalla ikinci, Çexiya və CAR isə hərəyə 1 xalla sonrakı pillələrdə yer alırlar.

06:14

***

DÇ-2026-nın A qrupunda II turun nöbəti oyunu keçirilir.

Teleqraf xəbər verir ki, Meksika millisi Cənubi Koreya ilə qarşılaşır. Oyunun 50-ci dəqiqəsində Meksika millisi hesabı açıb.

05:49

***

DÇ-2026-nın A qrupunda II turun nöbəti oyunu keçirilir.

Teleqraf xəbər verir ki, Meksika millisi Cənubi Koreya ilə qarşılaşır. Oyunun ilk hissəsi qolsuz bərabərliklə başa çatıb.

05:00

***

DÇ-2026-nın A qrupunda II turun nöbəti oyunu keçirilir.

Teleqraf xəbər verir ki, Meksika millisi Cənubi Koreya ilə qarşılaşır.

Qeyd edək ki, qrupun ikinci turunun digər oyununda Çexiya Cənubi Afrika (CAR) millisi ilə 1-1 bərabərə qalmışdı.

Bu nəticədən sonra Çexiya və CAR qrupda ilk xallarını qazanıblar.

Xatırladaq ki, ilk turda Meksika CAR-ı 2-0, Cənubi Koreya isə Çexiyanı 2-1 məğlub edib.