BAKI, 19 iyun. TELEQRAF

DÇ-2026-da B qrupunun II turunun növbəti oyunu keçirilib.

Teleqraf xəbər verir ki, İsveçrə millisi Bosniya-Herseqovina ilə qarşılaşıb.

Görüş İsveçrənin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 74-cü dəqiqədə Yohan Manzambi açıb. 80-ci dəqiqədə Bosniya-Herseqovinanın futbolçusu Tarik Muharemoviç qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Bundan sonra İsveçrə üstünlüyünü artırıb. Ruben Varqas 84-cü dəqiqədə fərqi ikiyə çatdırıb. Bosniya-Herseqovina 90+3-cü dəqiqədə Ermin Mahmiçin qolu ilə hesab arasındakı fərqi azaltsa da, İsveçrə son dəqiqələrdə daha iki dəfə fərqlənib.

Yohan Manzambi 90-cı dəqiqədə dubl edib, Qranit Caka isə 90+7-ci dəqiqədə penaltidən fərqlənib.

Bu nəticədən sonra İsveçrə B qrupunda xallarını 4-ə çatdırıb. Bosniya-Herseqovina isə 1 xalda qalıb.

***

00:58

İsveçrə-Bosniya qarşılaşmasında 5-ci qol vurulub.

Teleqraf xəbər verir ki, İsveçrə 4-cü qolu aktivinə yazdıraraq hesabı 4:1 edib.
90+7-ci dəqiqədə Qranit Caka penaltidən fərqlənib.

***

00:53

İsveçrə-Bosniya qarşılaşmasında 4-cü qol vurulub.

Teleqraf xəbər verir ki, Bosniya yığmasının üzvü Ermin Mahmiç fərqlənib.
Bosniyalıların təsəlli qolu 90+3-cü dəqiqədə vurulub.

***

00:49

İsveçrə-Bosniya qarşılaşmasında 3-cü qol vurulub.

Teleqraf xəbər verir ki, İsveçrə fərqi 3-ə çatdırıb - 3:0.

Yohan Manzanbi 90-cı dəqiqədə dubl müəllifi olub.

***

00:45

İsveçrə-Bosniya qarşılaşmasında 2-ci qol vurulub.

Teleqraf xəbər verir ki, İsveçrə fərqi artırıb - 2:0.

Millinin heyətində Ruben Varqas fərqlənib.

***

00:39

Bosniya millisinin üzvü Tarık Muharremoviç 80-ci dəqiqədə meydandan qovulub.

***

00:34

İsveçrə-Bosniya matçında hesasb açılıb.

Teleqraf xəbər verir ki, İsveçrə yığması 74-cü dəqiqədə 1:0 önə keçib.

Qolun müəllifi J. Manzanbi olub.

***

00:06

İsveçrə - Bosniya-Herseqovina matçında ikinci hissə başladı.

***

23:48

İsveçrə - Bosniya-Herseqovina matçında ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, ilk hissə qolsuz bərabərliklə yekunlaşıb.

***

23:00

DÇ-2026-da B qrupunda II tura start verilib.

Teleqraf xəbər verir ki, turun növbəti oyununda İsveçrə millisi Bosniya-Herseqovina ilə qarşılaşır.

Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

İsveçrə ilk turda Qətərlə 1:1 hesablı heç-heçə edib. Bosniya-Herseqovina isə Kanada ilə oyundan eyni hesabla ayrılıb.

Qeyd edək ki, B qrupunun digər matçında Kanada Qətərlə qarşılaşacaq.