BAKI, 18 iyun. TELEQRAF

DÇ-2026-nın A qrupunda II turun ilk oyunu keçirilib.

Teleqraf xəbər verir ki, Çexiya millisi Cənubi Afrika Respublikası ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. Çexiya millisi matça erkən qolla başlayıb. Mixal Sadilek 6-cı dəqiqədə komandasını hesabda önə keçirib.

CAR yığması məğlubiyyətdən matçın sonlarına yaxın xilas olub. Teboho Mokoena 83-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Bu nəticədən sonra Çexiya və CAR qrupda ilk xallarını qazanıblar.

Qeyd edək ki, hər iki komanda ilk turda məğlub olmuşdu. Çexiya Cənubi Koreyaya 1:2, CAR isə Meksikaya 0:2 hesabı ilə uduzmuşdu.