“Fənərbağça” Vedat Muriqinin transferi ilə bağlı rəsmi açıqlama yayıb.
Teleqraf xəbər verir ki, İstanbul klubu kosovolu hücumçu ilə prinsipial razılıq əldə olunduğunu bildirib.
Klubun məlumatına görə, 31 yaşlı futbolçu tibbi müayinədən keçmək və transfer danışıqlarının son mərhələsini tamamlamaq üçün bu gün İstanbula gələcək.
Vedat Muriqini daşıyan təyyarənin bu axşam Bakı vaxtı ilə saat 22:00-da Sabiha Gökçen hava limanının beynəlxalq terminalına enəcəyi açıqlanıb.
Qeyd edək ki, Vedat Muriqi daha əvvəl 2019-2020-ci illər mövsümündə “Fənərbağça”nın formasını geyinib.