BAKI, 18 iyun. TELEQRAF

Fil Dişi Sahili millisinin hücumçusu Elias Vahinin iyunun 20-də Torontoda Almaniya ilə keçiriləcək Dünya Çempionatının matçında iştirak etmək üçün Kanadaya girişinə icazə verilməyib.

Teleqraf xəbər verir ki, buna səbəb futbolçunun may ayında matçın müəyyən epizodlarının manipulyasiyasında iştirakı şübhəsi ilə araşdırmaya cəlb olunmasıdır.

İddialara görə, 23 yaşlı forvard mayın 17-də Fransa çempionatında “Metz”ə qarşı oyunda qəsdən sarı vərəqə alıb. Futbolçu polis tərəfindən dindirildikdən sonra sərbəst buraxılıb, araşdırma isə davam edir.

Fil Dişi Sahili Futbol Federasiyası Vahi ilə bağlı hər hansı məhkəmə və ya inzibati proses barədə rəsmi bildiriş almadığını açıqlayıb. Bununla belə, qurum futbolçunun Kanadaya giriş icazəsi ala bilmədiyini təsdiqləyib.

Qeyd edək ki, Elye Vahi Fil Dişi Sahilinin Ekvadora qarşı keçirdiyi və 1:0 hesabı ilə qalib gəldiyi ilk qrup matçında iştirak edib. Hücumçunun ABŞ-da qalacağı bildirilir. Fil Dişi Sahili millisi qrup mərhələsində son oyununu iyunun 25-də Kürasaoya qarşı keçirəcək.