BAKI, 18 iyun. TELEQRAF

Qadın futbolçulardan ibarət "Neftçi" komandasının UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv bu mərhələnin 1-ci qrupunun yarımfinalında Monteneqronun "Buduçnost" klubu ilə üzs-üzə gələcək.

Cütün qalibi finalda PAOK (Yunanıstan) – "Hapoel" (Yerusalim, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Qalib komanda II təsnifat mərhələsinə yüksələcək.

Qeyd edək ki, I mərhələnin yarımfinal oyunları iyulun 22-də, final görüşüi isə 25-də keçiriləcək.