BAKI, 18 iyun. TELEQRAF
2026/2027 mövsümünə hazırlığı davam etdirən "Qarabağ" "Zirə" ilə yoldaşlıq görüşü keçirəcək.
Klubdan Teleqraf-a verilən məlumata görə, qarşılaşma “Azersun Arena”nın məşq meydançasında keçiriləcək.
Yoxlama görüşü yalnız media nümayəndələri üçün açıq olacaq.
Qeyd edək ki, görüş iyunun 20-də saat, 18:00-da baş tutacaq.