BAKI, 18 iyun. TELEQRAF

"Səbail" komandası baş məşqçisi Adil Şükürovla yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.

I Liqa təmsilçisi mütəxəssisin başa çatan müqaviləsinin müddətini uzatmayıb.

Xatırladaq ki, Adil Şükürov ötən ilin noyabrından "Səbail"də işləyib.