BAKI, 18 iyun. TELEQRAF

İngiltərə təmsilçisi “Arsenal” Fransa millisinin və PSJ-nin futbolçusu Bredli Barkolanı heyətinə qatmaq istəyir.

Teleqraf "The Independent” nəşrinə istinadən xəbər verir ki, London klubu 23 yaşlı hücumçu ilə bağlı təklif hazırlayır.

“Topçular” Barkolanı transfer etmək üçün hərəkətə keçməzdən əvvəl razılaşmanın detallarını araşdırır. Lakin bu transferlərin reallaşması üçün "Arsenal" bəzi futbolçuları satmalıdır.

Qeyd edək ki, Barkola DÇ-2026-nın açılış matçında Fransa millisinin heyətində meydana sonradan daxil olaraq qol vurub. Fransa həmin görüşdə Seneqal yığmasını 3:1 hesabı ilə məğlub edib.