BAKI, 18 iyun. TELEQRAF

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro dünya çempionatları tarixində nadir göstəriciyə imza atıb.

Teleqraf xəbəır verir kİ, Opta-nın məlumatına görə, italiyalı mütəxəssis DÇ-2026-da həm “Qızıl top” sahibi futbolçu, həm də baş məşqçi kimi iştirak edən azsaylı şəxslər siyahısına düşüb.

Ondan əvvəl bu uğura yalnız Frans Bekkenbauer, Oleq Bloxin və Marko van Basten nail olub.

Qeyd edək ki, Meksikada keçirilən DÇ-2026-nın qrup mərhələsində Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsində meydana çıxıb. Kannavaronun rəhbərlik etdiyi komanda Kolumbiya ilə qarşılaşıb və görüş 3:1 hesabı ilə başa çatıb.