BAKI, 18 iyun. TELEQRAF
İtaliyanın “İnter” klubu rumıniyalı baş məşqçi Kristian Kivu bu gün klubla yeni müqavilə imzalayacaq.
Teleqraf xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Məlumata görə, yeni sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulacaq və müqavilədə daha bir mövsüm uzadılma bəndi yer alacaq.
Kivunun maaşı da artırılacaq.
Qeyd edək ki, Kristian Kivu 2025-ci ilin iyunundan “İnter”i çalışdırır. O, Simone İnzaginin ayrılmasından sonra Milan klubunun baş məşqçisi təyin olunub. Bundan əvvəl rumıniyalı mütəxəssis “İnter”in gənclər komandalarında və “Parma”da baş məşqçi kimi fəaliyyət göstərib.