BAKI, 18 iyun. TELEQRAF
İngiltərə təmsilçisi “Liverpul” “Osasuna”nın futbolçusu Viktor Munyosun transferini rəsmiləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, hücumçunun transferinin dəyəri 40 milyon avro təşkil edib. Tərəflər 2032-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Munyos 2025-ci ilin yayında 5 milyon avro qarşılığında “Real Madrid”dən “Osasuna”ya keçmişdi. Transfer müqaviləsinin şərtlərinə əsasən, Madrid klubu futbolçunun növbəti satışından əldə olunan məbləğin 50 faizini alacaq. Beləliklə, “Real” bu keçiddən 20 milyon avro qazanacaq.