BAKI, 12 iyun. TELEQRAF

Meksika yığması mundiala qələbə ilə başlayıb.

Teleqraf xəbər verir ki, DÇ-2026-nın ilk matçında Cənubi Afrika yığmasını məğlub edib - 2:0.

***

01:01

Meksika millisinin futbolçusu Sezar Montez 90+1-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

***

00:55

Cənubi Afrika millisi meydanda 9 nəfər qalıb.

Teleqraf xəbər verir ki, Zemba Zuena birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

***

00:33

Meksika fərqi 2-yə yüksəldib.

Teleqraf xəbər verir ki, yığmanın ikinci qolunu Raul Ximenez 67-ci dəqiqədə vurub.

***

00:19

Cənubi Afrika millisi Meksika ilə oyunda azlıqda qalıb.

Teleqraf xəbər verir ki, Sphefelo Sithole birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

***

00:13

Meksika yığması mundialın açılış matçında hesabı açıb.

Teleqraf xəbər verir ki, ev sahibi komandanın ilk qolunu 9-cu dəqiqədə Xulian Quinones vurub.

***

23:00

Futbol üzrə 2026-cı il dünya çempionatı start götürüb.

Teleqraf xəbər verir ki, mundialın ilk matçı ev sahibi Meksika və Cənubi Afrika arasında keçirilir.