BAKI, 9 may. TELEQRAF
Portuqaliyanın “Benfika” klubu Ruben Amorimi baş məşqçi postu üçün əsas namizəd kimi nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilir ki, Joze Mourinyonun “Real Madrid”ə mümkün gedişindən sonra 41 yaşlı mütəxəssis prioritet variant kimi dəyərləndirilir.
Qeyd edək ki, Mourinyo 2025-ci ilin sentyabrından “Benfika”ya rəhbərlik edir. Komanda cari mövsümdə çempionluq şansını itirib və son iki tur ərəfəsində “Sportinq”lə ikinci yer uğrunda mübarizə aparır.
Ruben Amorim isə 2024-cü ilin noyabrından 2026-cı ilin yanvarına qədər “Mançester Yunayted”i çalışdırıb.